Zəngəzur - Zen Media

Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib
[center][/center]
Azərbaycanda texniki reqlament olaraq ilk dəfə "Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament" qəbul edilib.

Bu barədə nazir Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti kollegiya iclasında bildirilib.

Kollegiya sədri iclasın gündəliyinə əsasən, Energetika Nazirliyinin qarşısında duran tapşırıqların vaxtında və səmərəli icrasının əhəmiyyətini vurğulayıb.

İclas zamanı "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqindən irəli gələn tapşırıqların icra vəziyyəti haqqında hesabat təqdim edilib. Bildirilib ki, tapşırıqlardan irəli gələrək 11 normativ hüquqi akt layihəsi hazırlanıb ki, bunlardan 9-u artıq təsdiq edilib.

İclasın gündəliyinə uyğun olaraq, "Azərbaycan Respublikasının enerji balansı" adlı məhdud giriş imkanlarına malik elektron məlumat bazasının yaradılması üzrə görülmüş işlər haqqında məlumat verilib. Məlumat bazasının istifadə qaydaları, statistik təhlillərin aparılması imkanları haqqında danışılıb, bazanın real vaxt rejimində izlənə bilməsinin proseslərin daha səmərəli, sürətli və şəffaf formada aparılmasını təmin etdiyi vurğulanıb.

İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

İsrail Livanın cənubunda "Hizbullah"ın 70-dən çox obyektinə zərbələr endirib
[center][/center]

İsrail son sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 70-dən çox obyektinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Ordusunun (IDF) məlumatında deyilir.

Zərbələrin hədəfi qruplaşmanın hücumların hazırlanmasında istifadə etdiyi raket qurğuları və binalar olub.

Bundan başqa, "Hizbullah"ın bir neçə döyüşçüsünün öldürüldüyü bildirilir.

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik
[center][/center]
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevi 28 May-Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Pakistan İslam Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və qardaş xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Pakistan və Azərbaycan ortaq dini etiqadımız, zəngin mədəni irsimiz və ümumi dəyərlərimizdən güc alan dərin qardaşlıq münasibətləri ilə bir-birinə bağlıdır. İllər ərzində ikitərəfli əlaqələrimiz qarşılıqlı etimad, anlaşma və

bir-birimizin əsas milli maraqlarına dair məsələlərdə qətiyyətli dəstəyə əsaslanan möhkəm və davamlı tərəfdaşlığa yüksəlmişdir.

Pakistan xalqı Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikasının əldə etdiyi mühüm sosial-iqtisadi tərəqqi və rifaha ürəkdən sevinir. Qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə, xüsusən ikitərəfli ticarət, enerji bağlantıları, müdafiə və insanlararası əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığımızı daha da dərinləşdirməyə və şaxələndirməyə qətiyyətlə sadiqik.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib
[center][/center]

Aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır və qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verilib.

Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - müraciətdə vurğulanıb və əlavə olunub ki, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar:

"Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".