Bakı Weather --°C
|

İrandan gətirilən yağlar bazarımızı zəbt edir: İdxaldan asılılıq nə dərəcədədir?

06.01.2026 16:51 | 8

Azərbaycanda adambaşına düşən illik kərə yağı istehlakı təxminən 6-7 kq təşkil etsə də, faktiki istehlakın yarısı marqarin hesabına formalaşır. Bu tendensiya həm qiymət fərqi, həm də bazarda keyfiyyətli nehrə yağının məhdudluğu ilə izah olunur.

Bir kiloqram keyfiyyətli nehrə yağı istehsalı üçün 25-27 litr inək südü tələb olunur. Bu isə maya dəyərini nəzərə alaraq real satış qiymətini 20-25 manat səviyyəsinə çıxarır. Halbuki bazarlarda 7-15 manata "nehrə yağı" adı altında satılan məhsulların mövcudluğu saxtalaşdırma problemini kəskinləşdirir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 121 milyon 60.42 min dollar dəyərində 16 763.73 ton kərə yağı idxal olunub. İdxalda İrandan gətirilən yağ birinci yeri tutur. Belə ki, İrandan ümumi məbləği 42 milyon 117.27 min dollar dəyərində 6 994.56 ton kərə yağı alınıb. Daha sonrakı yerləri isə Yeni Zelandiya (3 632.96 ton) və Səudiyyə Ərəbistanı (1 284.64 ton) tutur.

Daha çox xəbər