Bakı Weather --°C
|

Haqqımızda

ZENMEDİA XƏBƏR PORTALI hər kəsin operativ və doğru-dürüst informasiya almaq ehtiyacını təmin etmək,azad, ədalətli və informasiyalı cəmiyyət quruculuğuna töhfə vermək zərurətindən yaranıb. Portal ölkəmizdə və dünyada baş verən mühüm ictimai, siyasi və mədəni hadisələri dəqiq,qərəzsiz və tərəfsiz olaraq təqdim edən media subyektidir. ZENMEDİA XƏBƏR PORTALI ifadə azadlığına, fikir müxtəlifliyinə, plüralizmə geniş meydan açır. Cəmiyyətdəki problemlərin üzə çıxarılmasına və müzakirəsinə, yoxsul icmaların və hüquqi pozulmuş fərdlərin səsinin eşidilməsinə şərait yaradır.Qətiyyətlə bildiririk ki, ölkəmizdə və xaricdə fəaliyyət göstərən heç bir siyası təşkilata rəğbət bəsləmir, milli və dövlət maraqlarımıza zərər vura biləcək məlumatları dərc etməyəcək. ZENMEDİA XƏBƏR PORTALI  öz fəaliyyətində milli və beynəlxalq qanunvericiliyin
tələblərini,peşə etikasıni, müəllif hüquqlarını gözləyəcək, əməkdaşlarının media savadlıginin artırılması və ayrı -ayri sahələr üzrə ixtisaslaşması qayğısına qalacaq. Əsas internet səhifəmizlə yanaşı "YouTube"platforması üzərindən yayılması da nəzərdə tutulur.

ZENMEDİA XƏBƏR PORTALI-nın təsisçi və baş redaktoru Gülməmmədova Svetlana Məmməd qızı eyni zamanda ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Belə ki, Svetlana xanım Qarakilsə(Sisan) rayonun Ərəfsə kənd icma sədridir. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının fəal üzvlərindən birdir. 2000 ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür.

Tel: +994 55 790 64 93
Ünvan: Nəsibbəy Yusifbəyli 69
Mail: info@zenmedia.az
URL: https://zenmedia.az/

VÖEN: 2001099702