Bakı Weather --°C
|

Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb

10.02.2026 14:12 | 5

[center]Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb[/center]

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə aviabombalarla zərbə endirib, nəticədə 2 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında bildirib.

"Bu gün Slavyanska endirilən aviabomba zərbələri nəticəsində 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. Ölənlər 11 yaşlı qız və onun anasıdır. Yaralananlar arasında 7 yaşlı qız var. Bütün məsul xidmətlər artıq bu hücuma reaksiya verir", - o yazıb. Filaşkin ölən və yaralananların sayının arta biləcəyini deyib.

Daha çox xəbər