Qarakilsə rayon İcmasının Gənclər üzrə məsul şəxsi müəyyən edilib.
Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon İcmasında aparılan struktur dəyişiklikləri çərçivəsində gənclərlə iş sahəsində məsul şəxs müəyyən edilib. Qərara əsasən, Kənan Əlizadə Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon İcmasının Gənclər üzrə məsul şəxsi, eyni zamanda Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü seçilib.
Gəncimizi tanıyaq, o kimdir?
Kənan Əlizadə Ağdam şəhərində anadan olub. O, Qarabağa pənah salan Qərbi Azərbaycanlılardan ibarət olan Əliyevlər ailəsindəndir. Əslən Qərbi Azərbaycan, Qarakilsə rayonunun Ağdü kəndindəndir.
O, Regional İnkişaf İctimai Birliyinin və IDEA İctimai Birliyinin könüllüsü kimi fəaliyyət göstərmişdir.
"Könüllü Şagirdlər Birliyi" və "Tərəqqi" Təşəbbüs Qruplarının rəhbəri kimi fəaliyyət göstərmiş, bu dövrdə gənclərin sosial, ictimai və maarifləndirici layihələrdə iştirakının təşkili ilə məşğul olub.
Avropa Gənclər Parlamentinin Lənkəran şəhərində keçirilən 12-ci əhatələndirmə sessiyasının təşkilatçılarından biri olmuşdur.
Sonrakı dövrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin region nümayəndəsi kimi fəaliyyət göstərərək, uşaqların hüquqlarının müdafiəsi, onların ictimai fəallığının artırılması və maarifləndirmə işlərinin həyata keçirilməsində iştirak edib.
Hazırda Qarakilsə rayon Gənclər Şurasının sədridir. Kənan Əlizadə gənclərlə iş sahəsində əldə etdiyi təcrübəni Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərinin gücləndirilməsinə yönəldir.