Bakı Weather --°C
|

WUF13 çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək

23.02.2026 12:47 | 4

[center]WUF13 çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək[/center]
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək.

Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri (Substantive Content Manager) Cəmilə İsmayılzadə bildirib.

Onun sözlərinə görə, artıq 10-dan çox dövlət başçısı bu tədbirdə iştirakını təsdiqləyib.

C.İsmayılzadə xatırladıb ki, WUF13 çərçivəsində Liderlər Sammitinin təşkili Azərbaycanın təşəbbüsüdür.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Daha çox xəbər