Martın 12-də qaz kəsiləcək - Bu ərazilərdə
[center]
[/center]
Martın 12-də saat 10:00-dan etibarən Masallı rayonunun Banbaşı və Yeyənkənd kəndləri daxil olmaqla ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Banbaşı-Yeyənkənd kəndlərini təbii qazla təchiz edən ortatəzyiqli kəmərdə aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinin aparılmasıdır.