Bakı Weather --°C
|

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasında dəyişikliklər olub

14.01.2026 15:33 | 6

[center]Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasında dəyişikliklər olub[/center]
Əmanətlərin Sığortalanması Fondunun (Fond) Himayəçilik Şurasının tərkibində dəyişikliklər baş verib.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevin Fondun Himayəçilik Şurasında üzvlüyünə xitam verilib, onun əvəzinə Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdir müavini Gündüz Əliyev əsas heyət üzvü təyin edilib.

Qeyd edək ki, hazırda Fondun Himayəçilik Şurasının sədri Mərkəzi Bankın sədr müavini Gülər Paşayevadır. Şuranın tərkibi 7 nəfərdən ibarətdir.

Daha çox xəbər