Bakı Weather --°C
|

Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək

10.04.2026 17:13 | 10

[center]Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək[/center]
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Daha çox xəbər