Bakı Weather --°C
|

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq

14.04.2026 09:11 | 9

[center]Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq[/center]
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.

Bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.(Report)

Daha çox xəbər