Bakı Weather --°C
|

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

16.04.2026 11:29 | 10

[center]DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb[/center]
Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondun məlumat yayıb.

Məlumata görə, bu, proqnozla müqayisədə 9 % və yaxyd 183 milyon manat çoxdur.

Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 3 % və yaxud 41 milyon manat çox - 1 milyard 559 milyon manat olub.

Yanvar-mart aylarında DSMF-nin xərcləri isə 2 milyard 53 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10 % və yaxud 189 milyon manat çoxdur.

Daha çox xəbər