Bakı Weather --°C
|

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

16.04.2026 18:19 | 7

[center]Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var[/center]
Rusiyada atışma olub, ölən və yaralılar var.

Rusiya mediasının xəbərinə görə, hadisə Orenburq vilayətinin Akkermanovka qəsəbəsində baş verib.

Məlumata görə, federal axtarışda olan bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarını görüb və onlara atəş açıb.

Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, daha üçü yaralanıb.

Yaralılara tibbi yardım göstərilib, cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Daha çox xəbər