Bakı Weather --°C
|

Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək

21.04.2026 17:51 | 8

[center]Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək[/center]
Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətləri "108" Çağrı Mərkəzi vasitəsilə göstəriləcək.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi maliyyə vəsaiti ilə bağlı təklifləri Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyi Dövlət Agentliyinə zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.

Daha çox xəbər