Bakı Weather --°C
|

Ucarda icra hakimiyyəti və polis şöbəsi birgə tədbir keçirib -FOTO

16.01.2026 12:07 | 8

Yanvarın 15-də Ucar şəhərindəki 3 saylı tam orta ümumtəhsil məktəbində yerli İcra Hakimiyyəti və Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Dini radikalizm”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri” və “Uşaqların zərərli vərdişlərdən qorunması” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin hüquq və kadr məsələləri sektorunun müdiri Xəyyam Səmədzadə, Ucar rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Qoşqar Kazımov, Mərkəzi Aran regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov, Ucar şəhəri üzrə 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Qızqayıt Əhmədova çıxış ediblər.


Tədbir iştirakçılarına uşaqların zərərli vərdişlərdən qorunmasını, narkomaniyaya, dini radikalizmə, erkən və qohumlararası nikahlarla mübarizəni doğuran səbəblər, bu sahədə respublikada və rayonda görülən işlər, onun müsbət nəticələri barədə geniş məlumat verildi. Mövzu ilə bağlı müəllim və şagirdlərlə diskussiya aparıldı, onların sualları cavablandırıldı.

 
Azər

Daha çox xəbər