Biləsuvarda Çin dili və mədəniyyəti təbliğ olunacaq

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində filialı yaradılır. Bu barədə məlumatı Biləsuvar Rayon İcra Hakimiyyəti özünün rəsmi internet səhifəsində paylaşıb.
Məluatda qeyd olunur ki, rayonun icra başçısı Faiq Qürbətov Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi Mərkəzinin rəhbəri Li Jihua və Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin İcraçı direktoru Aqşin Bağırovu qəbul edib. Görüşdə Azərbaycan–Çin təhsil və mədəni əməkdaşlığının genişləndirilməsi istiqamətində növbəti mühüm addımın atıldığı qeyd olunub:

“Görüş zamanı Konfutsi İnstitutunun filialının kompleksdə yaradılmasının bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagird və gənclərin Çin dili və mədəniyyətinə marağının artırılmasına, eləcə də beynəlxalq təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanmışdır.”

Konfutsi İnstitutu Çin Xalq Respublikasıın qeyri-kommersiya təhsil təşkilatıdır. İnstitutun Azərbaycandakı mərkəzi iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini artırmaq, təhsil sahəsində əməkdaşlığı gücləndirilmək, Çin dilinin tədrisini inkişaf etdirmək, Çin mədəniyyətinə marağı stimullaşdırmaq məqsədilə yaradılıb.
Azər