Kürdəmirdə şəhid ailələri ziyarət olunub

20 yanvar- ümumxalq hüzn günü ərəfəsində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli təqdirəlayiq addım atıb. O, şəhid ailə üzvlərini rayondakı hansısa inzibati binaya toplayıb yığıncaq keçirmək əvəzinə, onları evində ziyarət edib.
Görüşlər zamanı cənab E. Həsənli ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş həmvətənlərimizin xatirəsinin əziz olduğunu, şəhid adlarının əbədləşdirilməsinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin dövlətin prioritet məsələlərindən olduğunu diqqətə çatdırıb. İcra başçısı Kürdəmirdə yaşayan şəhid ailə üzvləri ilə hal-əhval tutub, onların məşğulluq, tibbi müayinə və müalicə, təhsil, mənzil-məişət məsələləri ilə maraqlanıb, təklif və arzularını dinləyib.
Şəhid ailə üzvləri icra başçısının bu jestinə görə ona minnətdarlıqlarını bildiriblər.
Azər

