Bakı Weather --°C
|

İmişlidə qanvermə aksiyası keçirilib

16.01.2026 21:24 | 17

Yanvarın 16-da İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin dəstəyi ilə İmişli rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada hüquq mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilatların əməkdaşları və yerli sakinlər iştirak ediblər.

Əvvəlcə hər bir donor qan analizindən keçirilib, tibbi personalın yoxlamasından sonra tam sağlam olan vətəndaşlardan qan götürülüb. Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirakın isə vətəndaşlıq borcu olduğunu bildiriblər.

Azər


Daha çox xəbər