Tərtərdə 500 yeni iş yeri açılıb?

2025-ci ildə Tərtər rayonunda 500 yeni iş yeri açılıb. Belə bir açıqlama ilə “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr barədə” hesabat yığıncağında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edib.
O, yeni açılmış iş yerlərinin hansı sahələri əhatə etməsi, daimi və ya müvəqqəti olması barədə müfəssəl məlumat verməyib. Amma sonra səsləndirdiyi statistik göstəricilərdən məlum olur ki, yeni iş yerləri əsasən tikinti sektorunda yaradılıb: “Əsas kapitala 24 milyon manat investisiya yönəldilib ki, onun da 84,2 faizi tikinti-quraşdırma işlərinə xərclənib.”
Məruzədə qeyd olunur ki, 2025-ci ildə rayon üzrə istehsal olunan ümumi məhsulun təxminən yarısı kənd təsərrüfatının payına düşür. Ötən il Tərtər rayonunda 6582 hektar taxıl sahəsindən 26 min 120 ton, 2797 hektar pambıq sahəsindən 10 min 530 ton məhsul istehsal edildiyi bildirilib. “Əvvəlki illə müqayisədə məhsuldarlıq taxılçılıqda 9,3, pambıqçılıqda isə 8,1 sentner artıb”- M. Məmmədov bunu xüsusi vurğulayıb.
Azər
