Bakı Weather --°C
|

Allahşükür Paşazadə İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

08.05.2026 14:39 | 4

[center]Allahşükür Paşazadə İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək[/center]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.

Məqsəd "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə mayın 11-13-də İstanbulda keçiriləcək XXIX Avrasiya İqtisadi Zirvə toplantısında iştirakdır.

Toplantının builki mövzusu "Qlobal məsuliyyət - müharibədən sonra dünya, yeni güc balansları, ortaq gələcək axtarışı, su ilə yaşıllığın tükəndiyi bir planetdə yaşam"dır.

A.Paşazadə Zirvə görüşündə çıxış edəcək, tədbir çərçivəsində görüşlər keçirəcək.

Daha çox xəbər