Cabbarlı heykəlinin yeri dəyişdiriləcək

Siyəzən şəhərindəki 1 saylı tam orta məktəbin həyətində yerləşən böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının heykəli şəhərin Cənub girişinə, Mərkəzi kitabxananın qarşısına köçürüləcək. Məlumatı yayan Siyəzən rayon İcra Hakimiyyətindən bildirilib ki, bu qərar rayon ziyalılarının və vətəndaşların çoxsaylı müraciətləri və müvafiq dövlət qurumlarının razılığı əsasında qəbul edilib.
“Hazırda heykəlin köçürülməsi ilə bağlı quraşdırma və abadlaşdırma işləri aparılır. Bu addım Cəfər Cabbarlı irsinin daha geniş ictimaiyyətə təqdim olunmasına və şəhər mühitinin estetik baxımdan zənginləşdirilməsinə xidmət edir”- məlumatda qeyd olunub.
Azər Əli
