Bakı Weather --°C
|

Bərdədə Uşaq Hüquqları və Maarifləndirmə Fəaliyyəti

18.01.2026 13:54 | 164

Uşaq hüquqlarının qorunması və uşaqlara göstərilən diqqət və qayğı hər bir cəmiyyətin sağlam inkişafının əsas şərtidir. Azərbaycanda uşaq siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi ardıcıl şəkildə həyata keçirilir. Bu sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mühüm institusional rol oynayır. Komitə yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi uşaqların hüquqlarının təşviqi və onların fəal iştirakçılığının təmin edilməsinə xidmət edir.

Bərdə regionu üzrə Uşaq Səfirlər Məclisinin nümayəndələri tərəfindən həyata keçirilən tədbirlər uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir. Uşaq Səfirlər Məclisinin Bərdə nümayəndələri Əlizadə Kənan və Əliyeva Zəhra tərəfindən keçirilən görüş və seminarlar uşaqların hüquqlarını daha dərindən mənimsəməsinə şərait yaradır. Tədbirlər interaktiv formada təşkil olunduğu üçün uşaqlar prosesdə aktiv iştirak edirlər. Bu fəaliyyətlər uşaqlarda özgüvənin və sosial məsuliyyət hissinin formalaşmasına müsbət təsir göstərir.

Nəticə etibarilə, Uşaq Səfirlər Məclisinin Bərdə regionunda həyata keçirilən bu təşəbbüslər uşaqlara göstərilən diqqət və qayğının effektiv nümunəsi kimi qiymətləndirilir. Məndə öz növbəmdə bu işdə daha aktiv rol oynamağa çalışıram.

Uşaq Səfirlər Məclisinin Bərdə region fəalı, Bərdə şəhər N.Nərimanov adına 3 saylı məktəbin şagirdi Murad Akifli


Daha çox xəbər