Ağsulu fermerlər mütərəqqi metod və texnologiyalara önəm verir

“Rayonun iri fermer təsərrüfatları tərəfindən kənd təsərrüfatında tətbiq olunan mütərəqqi metod və texnologiyalara xüsusi önəm verilir. Bunun nəticəsidir ki, 1115 hektar sahə damla, 3246 hektar sahə isə pivot suvarma sistemi isə suvarılır.”
Bu sözləri Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat məruzəsində söyləyib. O, bildirib ki, ötən il rayon üzrə hər hektara görə məhsuldarlıq taxıl məhsullarında 1,6, meyvə və giləmeyvədə isə 6,5 sentner artıb.
Qeyd edək ki, damla və pivot sistemlərindən istifadə suvarma suyuna qənaət etməklə itkini azaldır, torpağın şoranlaşmasının qarşısını alır, eyni zamanda, yüksək məhsuldarlığın əldə edilməsinə şərait yaradır.
Azər

