Bakı Weather --°C
|

İmişi hadisəsindən bir il keçdi...

19.01.2026 15:58 | 40

Ötən il yanvarın 18-də İmişli şəhərində “Mercedes-Beenz” markalı fərdi nəqliyyat vasitəsi ilə “BMW” markalı DYP avtomobili toqquşmuş, sonuncu yol kənarında olan 4 məktəb yaşlı piyadaya müxtəlif bədən xəsarətləri yetirmişdi. Hadisə nəticəsində uşaqlardan üçü- Zümrüd Mirəliyeva, Ayan Məmmədova və Məhbubə Əlizadə həyatlarınıını itirib.

Qəzadan sonra bir qrup şəxs DYP avtomobilini çevirmiş, yüzlərlə insan müxtəlif şüarlar səsləndirərək İmişli rayon Polis Şöbəsinə doğru yürüş keçirmişdi.

Bir gündə baş verən bu iki hadisə ilə bağlı ayrıca cinayət işləri açılıb və araşdırma aparılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sürücülük hüququ olmadan “Mercedes”i idarə etmiş İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı qəznın yaranmağında təqsirli bilinib və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Kütləvi etirazlardan sonra həbs olunan 19 nəfər isə İmişli Rayon Məhkəməsində mühakimə olunublar. Məhkəmənin hökmü ilə onlara ən çoxu 4 il həbs olmaqla müxtəlif cəzalar verilib.


Daha çox xəbər