Bakı Weather --°C
|

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

10.06.2026 15:16 | 14

[center]Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər[/center]
Türkiyə Ankarada keçiriləcək NATO sammitinin alyans tarixində əlamətdar hadisə olacağına ümid edir.

Bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın iştirakı Şimali Atlantika blokunun birliyinin möhkəmləndirilməsinə kömək edən mühüm amil olacaq: "Donald Trampın sammitdə şəxsən iştirakı Alyansın həmrəyliyi baxımından mühüm addım olacaq. Sammitin NATO tarixində əlamətdar hadisəyə çevrilməsi üçün hazırlıqları fəallaşdırmışıq".

Xatırladaq ki, NATO-nun Ankaradakı sammiti 2026-cı il iyulun 7–8-də keçiriləcək.

Daha çox xəbər