Bakı Weather --°C
|

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20.01.2026 12:07 | 5

[center]Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb[/center]
Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi “Bakı Metropoliteni” QSC-də bir dəqiqlik sükutla anılıb.

Saat 12:00-da xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb.

Qatarlardan bir dəqiqə ərzində fit verilib.

Daha çox xəbər