Bakı Weather --°C
|

Şirvanda “20 Yanvar”a həsr olunmuş silsilə tədbirlər keçirilib

20.01.2026 16:48 | 5

20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri Şirvan şəhərindəki Şəhidlər xiyabanına toplaşıb. 20 Yanvar şəhidlərinin xatirə lövhəsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidə, “Əbədi məşəl” abidəsi, şəhid məzarları ziyarət edilib, önünə tər güllər düzülərək, ruhlarına dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailə üzvləri, yaxınları ilə görüşüb, onlara Allahdan səbir diləyib.

Həmçnin el qəbiristanlığında şəhidlərin yenilənmiş məzarüstü abidələri, Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar: Nofəl Quliyevin, Tahir Bağırovun və Rəfael Həbibovun büstləri ziyarət edilib, xatirələri ehtiramla yad edilib.

20 yanvar- ümumxalq hüzn günü ilə bağlı Şirvan şəhərinin təhsil, mədəniyyət müəssisələri də silsilə tədbirlər keçirib, anım mərasimləri, ziyarətlər təşkil edib.

Azər

Daha çox xəbər