Bakı Weather --°C
|

Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

29.06.2026 09:09 | 8

[center]Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq[/center]
Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan verilən məlumata görə, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda bildirilir.

Daha çox xəbər