Şirvan Bələdiyyəsi: Şəhərdə abadlıq və yol infrastrukturu yenilənir

Şirvan şəhərində infrastruktur yenilənirvə abadlıq işləri davam etdirilir. Şəhər sakinlərinin müraciətləri nəzərə alınaraq, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərovun tapşırığı ilə, F. X. Xoyski küçəsinə qum-çınqıl tökülmüş və avtoqreyder vasitəsilə hamarlama işləri həyata keçirilmişdir. Bu tədbir yol örtüyünün möhkəmləndirilməsi, yer səthinin hamarlanması və şəhər sakinlərinin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədini daşıyır.
Bununla yanaşı, Neftçilər və Füzuli küçələrində də avtoqreyderlə hamarlama işləri aparılmış, mövcud relyef və yol səthindəki çatlar aradan qaldırılmışdır. İcra olunan bu işlər şəhərin infrastrukturunun dayanıqlılığının artırılmasına və şəhər mühitinin komfort səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Şirvan Bələdiyyəsi sakin müraciətlərinə operativ reaksiya verərək, şəhərin abadlıq işlərini planlı şəkildə davam etdirir. Şirvan Bələdiyyəsi Vətən müharibəsi veteranlarının müraciətinə xüsusi həssaslıqla yanaşır Belə ki, bu günlərdə Hacıqəhrəmanlı qəsəbəsinin N Nərimanov küçəsində yaşayan Veteranlar Bələdiyyəyə müraciət edərək küçələrinin bərbad vəziyyətdə olduğunu ,sel sularının fəsadlar yaratdığını bildirmişlər Həmən ünvana şəxsən sədr İlham Səfərov gedərək vəziyyətlə yerində tanış olmuşdur. Qısa vaxtda həmən əraziyə qum- çınqıl tökülərək qreyder vasitəsiləhamarllanmış ,gediş - gəliş üçün normal şərait yaranmışdır
Şirvan Bələdiyyəsi qarşıdakı dövrdə də digər küçə və məhəllələrdə abadlıq işlərinin imkan daxilində görülməsini ,
oxşar texniki tədbirlərin icrasını nəzərdə tutur
Rasim Nəhmədov






