Bakı Weather --°C
|

Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək

15.07.2026 18:30 | 2

[center]Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək[/center]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək.

Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, səfər zamanı C.Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.

Zaxarova həmçinin vurğulayıb ki, XİN rəhbərləri Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Daha çox xəbər