Bakı Weather --°C
|

Deputat qatlanan bıçaqların satışının qadağan olunmasını istəyir

22.01.2026 11:16 | 6

[center]Deputat qatlanan bıçaqların satışının qadağan olunmasını istəyir[/center]
Azərbaycanda qatlanan bıçaqların satışının qadağan olunması təklif edilib.

Belə təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov çıxış edib.

Deputat deyib ki, gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələri ilə bağlı statistika göstərir ki, bunlar daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir: “Bu bıçaqların satışının, istifadəsinin qadağan olunmasını təklif edərdim".

Müşfiq Cəfərov qeyd edib ki, müəyyən oyunlar da uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir: "Onların da qadağan olunması böyük əhəmiyyət kəsb edir. Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar".

Daha çox xəbər