Bakı Weather --°C
|

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

27.07.2026 11:48 | 9

[center]UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub[/center]
İyulun 27-nə keçən gecə Rusiyanın Rostov-na-Donu şəhərinin liman infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

"Rostov limanı" SC-nin dördüncü yük rayonunun ərazisi zərbəyə məruz qalıb.

Məlumata görə, zərbələrdən sonra obyektin ərazisində yanğın baş verib.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, hücum nəticəsində özəl müəssisənin və anbarların ərazisində yanğın ocaqları yaranıb. Onun sözlərinə görə, Rostov-na-Donunun bir neçə rayonuna ziyan dəyib, ölənlər və yaralananlar var.

Daha çox xəbər