Bakı Weather --°C
|

“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyi Daşkənddə Abdulla Qədirinin ev-muzeyini ziyarət edib

27.05.2024 16:17 | 4

[center]“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyi Daşkənddə Abdulla Qədirinin ev-muzeyini ziyarət edib[/center]
“İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin nümayəndələri bir qrup Azərbaycan və Türkiyə yazarı ilə birlikdə Özbəkistanın paytaxtı Daşkənddə yerləşən görkəmli özbək yazıçısı Abdulla Qədirinin ev-muzeyini ziyarət ediblər.

Ziyarət zamanı muzeydə Abdulla Qədirinin həyat və yaradıcılığı, zəngin ədəbi irsi ilə yaxından tanış olunub, Azərbaycan, Türkiyə və Özbəkistan arasında mövcud ədəbi-mədəni əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Özbəkistan və Türkiyədən olan ədəbiyyat nümayəndələrinə, eləcə də Abdulla Qədirinin ev-muzeyinə özbək şairlərinin Azərbaycan dilinə tərcümə olunmuş şeirlərinin yer aldığı “İsmayıllı xəbərləri” qəzetinin xüsusi buraxılışı (jurnal formatında) hədiyyə edilib.

Bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, ortaq türk mədəni irsinin təbliği və xalqlar arasında dostluq münasibətlərinin inkişafına xidmət edən növbəti mühüm addım kimi qiymətləndirilib.
[center]

[/center]

Daha çox xəbər