Bakı Weather --°C
|

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

28.07.2026 11:05 | 9

[center]Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək[/center]
Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

Daha çox xəbər