Bakı Weather --°C
|

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

28.07.2026 13:57 | 8

[center]Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib[/center]
Rusiya Prezidenti Vladimir Putin iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər.

Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.

Daha çox xəbər