Bakı Weather --°C
|

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28.07.2026 17:13 | 12

[center]Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb[/center]
Ağdamın Mərzili, Füzulinin Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınlar başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Qeyd olunub ki, ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Daha çox xəbər