Bakı Weather --°C
|

Əhməd Davudoğlu siyasətdən getdi

30.07.2026 10:46 | 9

[center]Əhməd Davudoğlu siyasətdən getdi[/center]

Türkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb.

O bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Məsələ ilə bağlı yazılı bəyanat yayan 67 yaşlı Ə.Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə də son verildiyini bildirib.

Xatırladaq ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin Baş naziri olub. 2016-cı ildə postundan istefa verən siyasətçi 2019-cu ildə Gələcək Partiyasını təsis etmişdi.

Daha çox xəbər