Bakı Weather --°C
|

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

03.08.2026 13:33 | 8

[center]Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır[/center]
2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi avqustun 5-dən etibarən müvəqqəti olaraq dayandırılır.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi "mygov" portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Daha çox xəbər