Bakı Weather --°C
|

Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər

11.09.2026 11:53 | 0

[center]Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər[/center]
Bakının Nizami rayonunda, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb

Məlumata görə, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Daha çox xəbər