Bakı Weather --°C
|

Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

26.01.2026 17:47 | 6

[center]Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb[/center]
Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Xatırladaq ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – İlhamə Qədirova, Elçin Zeynalov və Sarvan Cəfərovdur.

Daha çox xəbər