Bakı Weather --°C
|

Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

06.10.2026 17:03 | 15

[center]Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək[/center]
Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb.

Məlumata görə, sabah səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

Daha çox xəbər