Bakı Weather --°C
|

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

15.10.2026 14:55 | 15

[center]Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib[/center]
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) ümumavrasiya istiqamətində transformasiyası dövrün tələbi və birliyin təbii inkişaf yoludur.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda AQEM-in 7-ci sammitində bildirib.

"Bizim səylərimiz Avrasiya qitəsində qarşılıqlı faydalı praktiki əməkdaşlığın dərinləşməsinə kömək edəcək sabit və proqnozlaşdırıla bilən siyasi-iqtisadi mühitin yaradılmasına yönəlib", - o qeyd edib.

Daha çox xəbər