Bakı Weather --°C
|

General rütbəsi verilən gömrükçülər kimlərdir?

29.01.2026 19:00 | 23

[center]General rütbəsi verilən gömrükçülər kimlərdir?[/center]

[b]Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına ali xüsusi rütbələr verilib.
[/b]
“Qafqazinfo” general-mayor ali xüsusi rütbəsi verilən gömrükçülərin dosyesini təqdim edir:
[center][/center]
Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
[center][/center]
Fuad Mikayıl oğlu Aslanov (47 yaş) – əvvəllər DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisidir.
[center][/center]
Elmir Bahadur oğlu Ramazanov (38 yaş) - daha əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışıb. 2023-cü ildən indiyə kimi Bakı Baş Gömrük İdarəsinin rəisidir.

Qeyd edək ki, Prezidentin bugünkü Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova da general-polkovnik ali xüsusi rütbəsi verilib.

Daha çox xəbər