Bakı Weather --°C
|

Azərbaycanda mobil operatorlar 1,3 mlrd. manat gəlir qazanıb

31.01.2026 14:22 | 2

[center]Azərbaycanda mobil operatorlar 1,3 mlrd. manat gəlir qazanıb[/center]
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3989,0 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki illə müqayisədə 8,7% çoxdur.

Xidmətlərin 69,2%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 32,4%-i və ya 1290,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Daha çox xəbər