“Yeni Şirvan” Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan şəhərinin Naxçıvan küçəsində inşa edilən növbəti layihəsi olan “Yeni Şirvan” Yaşayış Kompleksinin ümumi sahəsi 8,11 hektar təşkil edir.
11 ədəd onikimərtəbəli və 14 ədəd doqquzmərtəbəli olmaqla 25 yaşayış binasından ibarət olan yaşayış kompleksinin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Layihə üzrə 80 yerlik uşaq bağçasının elektrik, santexnik və fasad suvaq işlərinə başlanılmışdır. 960 şagird yerlik məktəb binasının, 14 ədəd doqquzmərtəbəli və 11 ədəd onikimərtəbəli yaşayış binasının daxili suvaq və bəzək, elektrik, santexnika, taxta və laminat döşəmənin vurulması, 13 ədəd doqquzmərtəbəli və 10 ədəd onikimərtəbəli yaşayış binasının dam örtüyünün quraşdırılması, 13 ədəd doqquzmərtəbəli və 10 ədəd onikimərtəbəli yaşayış binasının fasadlarında isə rənglənmə işləri yekunlaşmaq üzrədir Ərazidə abadlıq işləri ilə bağlı beton bordürlər düzülür, asfalt-beton örtüyün vurulması və yaşıllıq sahələrinin salınması ilə əlaqədar hazırlıq işləri görülür.
Rasim Nəhmədov