Bakı Weather --°C
|

Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon İcmasının gənclərinin illik hesabatı ilə bağlı iclas keçirilmişdir. İclasda giriş sözü ilə çıxış edən Qarakilsə rayon İcması sədrinin müavini Aqif Baxşəliyev gəncləri salamlamış, onların indiyədək göstərdik

10.01.2026 11:29 | 52


İclasda giriş sözü ilə çıxış edən Qarakilsə rayon İcması sədrinin müavini Aqif Baxşəliyev gəncləri salamlamış, onların indiyədək göstərdikləri fəaliyyəti yüksək qiymətləndirmiş və gələcək işlərində uğurlar arzulamışdır. Ardınca gənclər arasında müzakirələr aparılmış, il ərzində görülmüş işlərə nəzər salınmış və 2026-cı il üçün nəzərdə tutulan fəaliyyətlər ətrafında fikir mübadiləsi edilmişdir.

Daha sonra Qarakilsə rayon İcmasının gənclər üzrə məsul şəxsi Əlizadə Kənan çıxış edərək cari il ərzində gənclərin iştirakı ilə həyata keçirilmiş tədbirlər, icra olunan layihələr və görülmüş təşkilati işlər barədə ətraflı məlumat vermişdir. Eyni zamanda, 2026-cı il üçün planlaşdırılan fəaliyyət istiqamətlərindən, o cümlədən maarifləndirici tədbirlərin təşkili, gənclərin təşkilatlanmasının daha da gücləndirilməsi, sosial və mədəni layihələrin həyata keçirilməsi və görüləcək işlərdən bəhs etmişdir.

İclasda iştirak edən Şəki kənd İcmasının sədri Sənubər Əliyeva gənclərin fəaliyyətini, təşəbbüskarlığını və ictimai fəallığını müsbət dəyərləndirmişdir.

Ardınca kənd icmalarının gənclər üzrə məsul şəxsləri Şənlik Abbasov, Aysel Sadıqlı, Baxşəliyev Hüseyn, Səid Məmmədli, Murad Abdullazadə, Orucov Nurlan və İbrahim Mehdiyev kənd icmalarında gənclərlə aparılacaq işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlər barədə çıxış etmişlər.

İclasın sonunda gənclər tərəfindən qarşıdakı dövrdə keçiriləcək tədbirlər planı ilə bağlı geniş müzakirələr aparılmış, yeni təşəbbüslər və təkliflər irəli sürülmüşdür.

Müəllif: Aqif Baxşəliyev


Daha çox xəbər