İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
[center]
[/center]
İsrailin Səhiyyə Nazirliyi bildirir ki, son 24 saat ərzində İranın zərbələri nəticəsində 179 nəfər zərər çəkib.
Bu barədə yerli KİV xəbər verir.
"Sutka ərzində, çərşənbə günü saat 07:00-dan cümə axşamı günü saat 07:00-dək xəstəxanalara 179 zərərçəkən daxil olub, o cümlədən dörd nəfər orta ağırlıq dərəcəsində, 157 nəfər yüngül xəsarətlərlə və 18 nəfər ağır sinir şoku vəziyyətində", - açıqlamada deyilir.
Həmçinin qeyd olunur ki, müharibənin başlanğıcından İsraildə zərərçəkənlərin ümumi sayı 2 745 nəfərə çatıb.
"Onlardan 85 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən 11 nəfər ağır vəziyyətdə, 10 nəfər orta ağırlıq dərəcəsində, 64 nəfərin vəziyyəti yüngül olaraq müəyyən edilib", - qurum vurğulayıb.