Bakı Weather --°C
|

Qazaxıstan və Rusiyanın Baş nazirləri Xəzərin qorunmasını müzakirə ediblər

25.03.2026 19:00 | 23
[center]Qazaxıstan və Rusiyanın Baş nazirləri Xəzərin qorunmasını müzakirə ediblər[/center]
Qazaxıstanın Baş naziri Oljas Bektenov və Rusiya hökumətinin sədri Mixail Mişustin Astanada görüşüblər.
Bu barədə Qazaxıstan Nazirlər Kabineti məlumat yayıb.
Danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı Xəzər dənizi ekosisteminin qorunması və ekoloji təşəbbüslərin həyata keçirilməsi üçün birgə səylər müzakirə olunub.
Qeyd olunub ki, Qazaxıstan Xəzər dənizi səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq və ekoloji vəziyyətin sabitləşdirilməsinə yönəlmiş bütün Xəzəryanı dövlətlər arasında sistemli və əlaqələndirilmiş əməkdaşlığın tərəfdarıdır.
Vurğulanıb ki, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Xəzərin Su Ehtiyatlarının Qorunması üzrə dövlətlərarası proqramın layihəsi hazırlanır

Daha çox xəbər