Bakı Weather --°C
|

PUA hücumları nəticəsində Küveyt hava limanının RLS-i zədələnib

28.03.2026 12:56 | 10

[center]PUA hücumları nəticəsində Küveyt hava limanının RLS-i zədələnib[/center]
Küveyt beynəlxalq hava limanı pilotsuz uçuş aparatlarının silsilə hücumlarına məruz qalıb, nəticədə limanın radiolokasiya sistemi (RLS) ciddi şəkildə zədələnib.
Bu barədə "Al Jazeera" məlumat yayıb.
Əsas infrastrukturun zədələnməsinə baxmayaraq, xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Əmirliyin mülki aviasiya idarəsinin nümayəndəsi əlavə edib ki, qəza-xilasetmə briqadaları və səlahiyyətli orqanlar insidentin nəticələrinin aradan qaldırılmasına başlayıblar.

Daha çox xəbər