Bakı Weather --°C
|

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31.03.2026 15:52 | 7

[center]Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib[/center]

Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda yanğınla müşayiət olunan güclü partlayış baş verib.

Rusiya mediasının məlumatına görə, Nijnekamsk şəhərinin meri Radmir Belyaev bildirib ki, yanğın artıq lokallaşdırılır.

Mer partlayışın səbəbinin texniki nasazlıq olduğunu qeyd edib.

Hadisə nəticəsində 10-dan çox insan yaralanıb.

Yerdə qalan işçilər təxliyə edilib.

Şəhər aeroportunda təyyarələrin qəbuluna və uçuşuna məhdudiyyətlər qoyulub.

Daha çox xəbər