Bakı Weather --°C
|

İranın Qızıl Aypara Cəmiyyəti: Tehranda dağıntılar altından 960 nəfər çıxarılıb

13.04.2026 13:34 | 10

[center]İranın Qızıl Aypara Cəmiyyəti: Tehranda dağıntılar altından 960 nəfər çıxarılıb[/center]
İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ və İsrailin Tehrana endirdiyi aviazərbələrdən sonra xilasetmə qrupları dağıntılar altından 960 nəfəri çıxarıb.

Bu barədə "Al-Jazeera" İran mediasına istinadən məlumat verib.

Təşkilatın məlumatına görə, aviazərbələr nəticəsində ölkə üzrə ümumilikdə 125 630 mülki obyekt, o cümlədən 100 min yaşayış evi və təxminən 24 min kommersiya müəssisəsinə ziyan dəyib.

Aprelin 11-12-də İskilamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb, lakin tərəflər razılığa gələ bilməyib.

Daha çox xəbər